"Neftçi” seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandada köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.
Xatırladaq ki, "Neftçi" bu gün prezidenti Kamran Quliyevin də vəzifəsindən azad edildiyini açıqlamışdı.
Bizim.Media