“Araz Naxçıvan” növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Numan Kurdiç bu gün Bakıya gəlib.
Tibbi müayinədən keçən futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qedy edək ki, Ampluası mərkəz müdafiəçisi olan 24 yaşlı futbolçu karyerası ərzində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.
Futbolçu bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media