“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Bizim.Media xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II raundunda Polşanın “Rakuv”unu keçə bilməsə, qitənin ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək.
Azərbaycan çempionu ilk matçını evdə keçirəcək. Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media