Aleks Telles “Mançester Yunayted”dən ayrılıb.
Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirəcək.
2020-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyan 30 yaşlı müdafiəçi bu klubla ümumilikdə 49 oyun keçirib.
Qeyd edək ki, Telles son mövsümü icarə əsasında “Sevilya”da keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media