2023/24 mövsümü üçün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Sivasspor”la üz-üzə gəlib.
“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutan qarşılaşmada Sivas təmsilçisi 1:0 hesabıyla qələbə qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media