“Neftçi”nin yeni prezidenti məlum olub.
Bizim.Media xəbər verir ki, bundan sonra “ağ-qaralar”a Fərrux Mahmudov rəhbərlik edəcək.
O, buna qədər Azərbaycan Basketbol Federasiyasında icraçı direktoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, Kamran Quliyev dünən ərizəsini yazaraq “Neftçi”dən ayrılıb. Tanınmış menecer Kamil Məmmədovun isə prezidentin müşaviri olacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media