“Qarabağ”ın legioneri Kevin Medinanın “Rizəspor”a transferinin baş tutmaması ilə bağlı xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, “Linkoln”la oyundan sonra futbolçunun özü və baş məşqçi Qurban Qurbanov da bu məsələ ilə bağlı həvəssiz danışmışdı.
Medina özü rəhbərliklə danışıb qərar verəcəyini demişdi. Artıq bu məsələ ilə bağlı dəqiq qərar verilib. Belə ki, kolumbiyalı legioner “Qarabağ”da qalmağa üstünlük verib.
Aldığımız məlumata görə, bu məsələdə “Rizəspor”un futbolçunun transferində tam israr etməməsi də ciddi rol oynayıb. Daha doğrusu, Türkiyə klubu ehtiyat variantları nəzərdən keçirərək istədiyi futbolçunu tapdığına görə, Medinadan imtina edib.
Rəşad Rafiqoğlu, Bizim.Media