Yeni mövsümünə hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” Ərzurum toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Şahin Diniyevin komandası Türkiyə Super Liqa təmsilçisi "Konyaspor"la qarşılaşıb.
Görüş təmsilçimizin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirərək, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.
Yoxlama matçı
21 iyul 18:00.
"Səbail" - "Konyaspor" (Türkiyə) - 2:0
Qollar: David Qomis, 29. Pedro Nuno, 37.
Rəşad Rafiqoğlu, Bizim.Media