Son günlər transferdə xeyli fəallaşan “Neftçi” daha bir futbolçunun keçidini bitirmək üzrədir.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Ervin Koffini sıralarına qatıb.
Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb. Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin 28 yaşı var. «Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib.
2015-2018-ci illərdə «Loryen»in şərəfini qourumuş cinah müdafiəçisi Kiprdə də legioner həyatı yaşayıb. O, həmçinin «Anortosis» və «Olimpiakos»un (Nikosiya) uğurları üçün çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media