AFFA-nın milliləşdirmək istədiyi yarımmüdafiəçi Ruslan Fişenko qərarını verib.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında Fişenkonun formasını geyindiyi "Rodina" klubunun idman direktoru Aleksey Zinin deyib:
"Ruslan Fişenko Rusiya vətəndaşı kimi qalmağa qərar verdi. O, "Rodina" ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmaq və Rusiya millisinə dəvət almaq istəyir".
Qeyd edək ki, 23 yaşlı Ruslan bu ilin yanvarından "Rodina"nın formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media