Mövsümün sonunda “Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 30 yaşlı müdafiəçi Premyer Liqanın debütantı ilə danışıqları müsbət yekunlaşdırmaq üzrədir.
Həsənalızadə 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, ötən mövsüm əsas heyətə az-az düşməyə başlamışdı.
Mərkəz müdafiəçisi 2022-2023 mövsümündə 19 oyunda meydana çıxıb, 1 qol vurub. Futbolçu əvvəllər “Sumqayıt” və “Zirə” klublarının da şərəfini qoruyub. O, bir müddət milli komandaya da cəlb olunmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media