PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappeni komandadan göndərmək istəyir.
Bizim.Media xəbər verir ki, o, bu yay transfer pəncərəsində hücumçunun satılmasının tərəfdarıdır.
Enrike 24 yaşlı forvardın transferindən əldə oluna biləcək pula "Yuventus"un hücumçusu Duşan Vlahoviç və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanın alınmasını istəyir.
Enrike Mbappe ilə bağlı vəziyyətin mümkün qədər tez həll olunmasını istərdi. İspaniyalı mütəxəssis tez bir zamanda komandasını toplamaq niyyətindədir.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. O "Real" heyətinə qatmaq istəyir.
Bizim.Media