Adı "Qarabağ"la hallanan Ceyson Lokilo karyerasını İngiltərədə davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 24 yaşlı vinger "Hall Siti"yə keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lokilo ilə 2 illik müqavilə imzalanıb. Daha əvvəl"Qarabağ" vingeri transfer etmək istəsə də, razılığa gələ bilməmişdi.
Qeyd edək ki, “Hall Siti”nin rəhbəri türkiyəli məşhur teleaparıcı Acun İlıcalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media