“Beşiktaş”ın futbolçusu Natan Redmond komandadan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu haqda 29 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib.
O, kluba və İstanbul təmsilçisinin azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, Natan 2022-ci ilin yayından “Beşiktaş”da oynayırdı.
Rəşad Rafiqoğlu, Bizim.Media