“Qarabağ”ın legioneri Kevin Medinanın Türkiyənin “Rizəspor” klubuna keçidi alınmayıb.
Bizim.Media xəbər verir ki, futbolçunun “Linkoln”la oyundan sonra qardaş ölkə təmsilçisinə qoşulacağı ilə bağlı Ağdam klubunun qoyduğu şərt onları qane etməyib. Ona görə də, “Rizəspor” artıq başqa variantları nəzərdən keçirməyə başlayıb. Xatırladaq ki, Kevin Medinanın bir müddət əvvəl “Rizəspor” klubu ilə razılaşdığı barədə xəbərlər Türkiyə mətbuatında yayılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media