“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Bizim Media xəbər verir ki, Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.
Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
1.80 sm boya malik futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media