Romelu Lukaku karyerasını İtaliyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, belçikalı futbolçu “Yuventus”a transfer olunacaq.
Turin klubu 30 yaşlı hücumçu üçün “”Çelsi”yə 40 milyon avro ödəyəcək. Forvard yeni klubu ilə 3 illik müqavilə im
zalayacaq.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media