Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” ilk legioner transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi Nuno Miguel Rodrigueslə anlaşıb.
Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq Clube da Covilha”dır. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media