"Neftçi"nin Rumıniyanın ÇFR klubundan heyətinə qatdığı Yuri Matias komandanın Moskvadakı düşərgəsinə qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
O, instaqram postunda Moskvada olduğunu qeyd edib.
Qeyd edək ki, daha əvvəl Rumıniya mətbuatı "ağ-qaralar"ın Yurini 400 min avro qarşılığında transfer etdiyini yazıb. "Neftçi"nin keçidi gün ərzində açıqlayacağı gözlənilir. Paytaxt təmsilçisi sabah Moskvada "Spartak"la yoldaşlıq oyunu keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media