Gürcüstanın paytaxtı Tbilisi şəhərində yelkənli qayıq idmanı üzrə keçirilən “Tbilisi Open Championship 2023” Açıq Çempionatı sona çatıb.
Bizim.Media Azərbaycan Yelkən Federasiyasına istinadən xəbər verir ki, yarışlarda “Junior” kateqoriyasında Kamal Bəşirli 1-ci, Furkan Mustafayev 2-ci, Muhammed Məmmədzadə 3-cü, “Overall” kateqoriyasında Kamal Bəşirli 1-ci, Furkan Mustafayev 2-ci, Boris Lukianov (Ukrayna vətəndaşı) 3-cü yerə layiq görülüb.






Bizim.Media