"Ayaks"dan ayrılan Duşan Tadiç "Fənərbaxça"ya keçib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu müqavilə imzalamaq üçün gecə İstanbula uçub.
Onunla müqavilənin bütün detallarında razılıq əldə edildiyi bildirilir.
Qeyd edək ki, 2018-ci ildən "Ayaks"da oynamış Tadiçin “Beşiktaş”a keçəcəyi gözlənilirdi. “Qara qartallar” hətta futbolçunun istəyinə uyğun olaraq təklif etdiyi maaşı qaldırmışdı. Ancaq Tadiç gözlənilmədən “Fənərbağça”nın təklifini qəbul edib.
Qeyd edək ki, daha öncə “Beşiktaş”ın razılıq əldə etdiyi deyilən başqa bir futbolçu Halil Dervişoğlu da “Qalatasaray”la müqavilə bağlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media