Yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” heyətdə bəzi dəyişikliklər edib.
Bizim.Media xəbər verir ki, baş məşqçi Azər Məmmədov gənc futbolçular Fərid Kələntərov, zədəsini yenicə sağaldan Ümid Səmədov, Nicat Məmmədov və Nizami Səmədovu əvəzedici heyətə göndərib.
Bu futbolçulardan Nizami Səmədov “Zaqatala”ya keçib. Yeri gəlmişkən, “Kəpəz”in əvəzedici heyətinə növbəti mövsümdə də əsas komandanın məşqçilər korpusunda yer alan Xaliq Mərdanov rəhbərlik edəcək.
O, həmçinin baş məşqçi Azər Məmmədovun məsləhətçisi funksiyasını yerinə yetirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media