"Neftçi" Solomon Kverkveliya ilə yollarını ayırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcünün müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib. 2022-ci ilin iyulunda "Neftçi"yə keçmiş Solomon 42 oyunda meydana çıxıb, 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media