Budapeşt (Macarıstan) güləş üzrə dördüncü və sonuncu beynəlxalq reytinq turnirinə ev sahibliyi edir.
Bizim.Media xəbər verir ki, turnirin üçüncü günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar.
Azərbaycanı yarışda Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq) və Murad Məmmədov (63 kq) təmsil edib.
Bunlardan Məmmədov bütün rəqiblərini məğlub edərək qızıl, Məmmədli bürünc medal qazanıb.
Bundan əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanmışdı.
Bizim.Media