Lionel Messi "İnter Mayami"yə keçib.
Bizim.Media xəbər verir ki, ABŞ-ın "İnter Mayami" futbol klubu öz sosial şəbəkə hesabında bu barədə məlumat verib.
Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.
Qeyd edək ki, son iki mövsümü PSJ-də çıxış edən Messi daha əvvəl 18 il “Barselona”nın şərəfini qoruyub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.
Bizim.Media