Yeni mövsümün hazırlığını Rusiyada davam etdirən Bakının “Neftçi” futbol klubu “Match TV” beynəlxalq turniri çərçivəsində sonuncu oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb.
"Smena" stadionunda keçirilən qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu Edin Ceko vurub.
“Neftçi” klubu ilk matçda “Zenit”ə (Rusiya) 1:3, “Srvena Zvezda”ya (Serbiya) isə 0:4 hesabı ilə uduzub.
Bizim.Media