Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis bu barədə ölkəsinin radiolarından birinə açıqlama verib.
“Mutu vacib kontekstdə işləmək üçün şərait tapdı. Çünki “Neftçi” Azərbaycanın ikinci komandasıdır”, – 67 yaşlı çalışdırıcı deyib.
Qeyd edək ki, “Neftçi” Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media