“Arsenal” müdafiə xəttini gücləndirib.
Bizim.Media xəbər verir ki, “topçular” “Ayaks”dan Jurryen Timberi transfer edib.
22 yaşlı futbolçu londonlularla uzunmüddətli müqavilə imzalayıb. “Ayaks” bu keçiddən 40 milyon avro əldə edib.
Qeyd edək ki, Timber “Ayaks”ın yetirməsidir. O, ötən mövsüm ərzində 44 oyunda iştirak edib, 2 qol və 2 assistlə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media