“Qarabağ” Futbol Akademiyasına yeni koordinator təyin olunub.
Bizim.Media xəbər verir ki, bu vəzifəyə Aftandil Hacıyev gətirilib.
Onunla 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Aftandil Hacıyev 2007-2011 illər aralığında “köhlən atlılar”ın futbolçusu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media