Azərbaycanın U-19 və U-21 yığmasının sabiq futbolçusu Ricat Qarayev özünə yeni komanda tapıb.
Bizim.Media xəbər verir ki, müdafiəçi Polşa üçüncü liqasında yarışan "Flota" klubu ilə anlaşıb.
Qarayev yaxın günlərdə adıçəkilən klubla rəsmi müqavilə imzalayacaq. Futbolçunun son klubu Polşa dördüncü liqasında yarışan "Şeçinek" klubu idi.
Rəşad Rafiqoğlu, Bizim.Media