Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Yevlaxa səfər edib.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, onu bu səfərdə qurumun texniki-idman direktoru Elgiz Abbasov da iştirak edib.
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də I Liqaya dönüş edən “Karvan”ın rəhbərliyi ilə görüş baş tutub.
Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media