Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan" baxışa qapıçı çağırıb.
Bizim.Media xəbər verir ki, bu, bosniyalı qapıçısı Semir Bukviçdir.
32 yaşlı qolkiper Bosniya və Herseqovinada "Olimpik", "Jelezniçar", "Travnik", "Çelik", "Mladost", Polşada "Varta" klublarının şərəfini qoruyub.
O, dünən "Turan Tovuz"la yoxlama matçında meydanda olsa da, ümidləri tam doğrulda bilməyib. Belə ki, Semir Bukviç qapısından 5 top buraxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media