Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” daha bir futbolçu ilə danışıq aparır.
Bizim.Media xəbər verir ki, hazırda fransalı hücumçu Yoan Qreklə danışıqlar gedir. Bakıda komandanın düşərgəsində baxışda olan 22 yaşlı hücumçu məşqçilər heyətinin rəğbətini qazanıb.
Onunla yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. “Sent Etyen”in yetirməsi olan futbolçunun sonuncu klubu Fransanın “Fer” komandası olub.
Rəşad Rafiqoğlu, Bizim.Media