Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatia” klubu bu gün UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Ararat”la qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç İrəvanın “FFA Akademiya” stadionunda keçiriləcək. Vüsal ehtiyat oyunçular skamyasındadır. Ehtiyac yaranarsa, baş məşqçi Edlir Tetova ona şans verə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media