“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.
31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın “ağ-qaralar”la 2024-cü ilin yayınadək sözləşməsi var idi.
Rəşad Rafiqoğlu, Bizim.Media