AFFA “Albaniya”nın “Eqnatiya” klubunun tərkibində İrəvana yollanan Vüsal İsgəndərli ilə bağlı UEFA-ya müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib.
Federasiya rəsmisinin sözlərinə görə, beynəlxalq futbol qurumunun rəsmilərinə həmyerlimizin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Vüsal İsgəndərlinin klubu bu gün İrəvanda “Ararat”la qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media