24 yaşlı qapıçı Şahin Zəkiyevin yeni klubu məlum olub.
Bizim.Media xəbər verir ki, qolkiper karyerasını "İmişli"də davam etdirəcək.
Zəkiyevin keçidi yaxın zamanda açıqlanacaq. Qolkiper daha əvvəl "Araz Naxçıvan"la danışıqlar aparsa da, Muxtar Respublika təmsilçisindəki qeyri-müəyyənliyə görə müqavilə imzalanmamışdı.
Son klubu Polşada "Sokol" olan Zəkiyev daha əvvəl Azərbaycanda "Keşlə" (indiki "Şamaxı") və "Səbail"də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media