“Fənərbaxça” Moskva “Dinamo”sunun futbolçusu Sebastian Şimanskini transfer edir.
Bizim.Media İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Polşalı futbolçu ötən mövsümü icarə əsasında “Feyenoord”da keçirib. Türkiyə mətbuatı bu transfer üçün “Fənərbaxça”nın 8-9 milyon avro təzminat ödəyəcəyini yazıb.
Rəşad Rafiqoğlu, Bizim.Media