Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Moldovanın "Sukleya" klubu ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qollarını İlkin Qırtımov, Murad Musayev, Omar Hani və Osama Xalayla vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media