Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, “Elmar Baxşıyevin komandası Moldovanın “Sukleya” klubu ilə qarşılaşacaq.
Matç “Termal otel”in məşq bazasında olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.
Yoxlama oyunu: 12 iyul 17:00. “Qəbələ” – “Sukleya” (Moldova)
Rəşad Rafiqoğlu, Bizim.Media