Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı "Qarabağ"ı tərk edərək "Yurqorden"lə üç illik müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, 21 yaşlı forvardın İsveç klubundakı maaşı bəlli olub.
Belə ki, forvard illik 200 min avro qazanacaq.
Üç il ərzində isə Musanın "Yurqorden"dəki ümumi qazancı 600 min avro olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media