Transfer çalışmalarını davam etdirən "Səbail" daha bir futbolçunu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisinin növbəti legioneri Fransanın "Sedan" klubunda oynamış Alexandre Ramalinqom olub.
"Transfermarkt" portalı 30 yaşlı forvardı artıq "Səbail"in futbolçusu kimi təqdim edib. Madaqaskar millisinin forvardının yeni klubu ilə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Ayaçço”, “Virton” kimi komandalarda oynamış hücumçu 2020-ci ildən “Sedan” forması geyinirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media