Premyer Liqa təmsilçilərimizdən xaricə hazırlığa gedən 5-ci klub "Qəbələ" olub.
Bizim.Media xəbər verir ki, Konfrans Liqasındakı təmsilçimiz Türkiyənin Bolu şəhərinə 10 günlük təlim-məşq toplanışına yollanıb.
Bakı - İstanbul hava reysilə səfərə çıxan "qırmızı-qaralar" ordan Boluya avtobusla 2 saatlıq yol qət ediblər.
Xatırladaq ki, "Qəbələ" iyulun 20-dək davam edəcək toplanışda 3 yoxlama matçı keçirəcək Komanda Türkiyədən Qəbələyə qayıdaraq Konfrans Liqasının II təsnifat mərhələsində "Omoniya" ilə ilk görüşə son hazırlığı keçirəcək. Kipr təmsilçisi ilə Qəbələ şəhər stadionundakı qarşılaşma iyulun 27-də baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media