“Turan Tovuz” növbəti transferini həyata keçirib.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi Budaq Nəsirovu transfer edib.
26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb. Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz”, “Sportinq”də (Portuqaliya) çıxış edib O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı A milli komandamızın da formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media