Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Bizim.Media xəbər verir ki, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-cü yer uğrunda İsveçrə yığması ilə oyun 6:6 hesabı ilə nəticələnib. Penalti seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:4 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını hərəyə iki dəfə Elşad Manafovla Ramil Əliyev və Orxan Məmmədovla Comərd Baxşəliyev vurublar.
Rəşad Rafiqoğlu, Bizim.Media