Moldovada keçirilən ağırlıqqaldırma üzrə 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxış edən Azərbaycan yığma komandası Bakıya qayıdıb.
Bizim.Media xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, federasiya rəsmiləri və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, ağırlıqqaldıranlarımız Avropa birinciliyində - 14 medal (8 qızıl, 4 gümüş və 2 bürünc) qazanıb.
Bizim.Media