“Kəpəz”in gürcüstanlı legioneri Mateo Kvirkiya növbəti mövsümü də Gəncə klubunda keçirəcək.
Bizim.Media-nın əldə etdiyi xəbərə görə, rəhbərlik bir müddət futbolçu ilə danışıq apardıqdan onun komandada qalmasına nail olub.
Kvirkiya ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kvirkiya ötən ilin yayından “Qaqra” klubunda “Kəpəz”ə keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media