Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” futbolçuları bu gün ilk yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Al-Sadd” klubu ilə qarşılaşacaq.
“Kematen” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Sabah"ın yoxlama oyunu keçirəcəyi digər rəqiblər hələlik bəlli deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media