Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, C qrupunda qərarlaşmış U-20 millimizin qrupdakı ikinci oyunu Ukrayna yığmasına qarşı olacaq.
Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq və FIBA-nın rəsmi "youtube" hesabından canlı yayımlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media