Tanınmış xorvatiyalı məşqçi Slaven Biliç özünə yeni iş yeri tapıb.
Bizim.Media xəbər verir ki, 54 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu ilə anlaşıb.
Xorvatiyalının son iş yeri İngiltərənin "Uotford" klubu olub.
"Əl-Fateh" ötən mövsüm Səudiyyə Ərəbistanı liqasında altıncı yeri tutmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media